NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

26.10.2016 - Stolüstü tennis üzrə yarış keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının  birgə təşkilatçılığı ilə oktyabrın 21-də Şərur Olimpiya İdman Kompleksində 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü  tennis üzrə Naxçıvan Muxtar  Respublika yarışı keçirilib.

Yarışın keçirilməsində əsas məqsəd bu kateqoriyadan olan uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə, onların asudə vaxtlarının səmərəli təşkilinə, həmçinin stolüstü tennis idman növünə  maraqlarının artmasına,habelə onlarda sağlam həyat tərzinin formalaşmasına nail olmaqdır.

Yarışda sağlamlıq imkanları məhdud 15 uşaq iştirak edib. İlk üç yeri tutan idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının diplomları, digər iştirakçılara isə federasiyanın Fəxri Fərmanları təqdim olunmuşdur.