NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

10.09.2016 - Yüngül atletika üzrə yarış keçirilib

Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası  Ali  Məclisində  "Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr" mövzusunda keçirilən müşavirədə məhdud fiziki imkanlı gənclərin muxtar rtespublikanın idman həyatına inteqrasiyasının gücləndirilməsi  tapşırığının icrası ilə bağlı  bir sıra işlər görülüb. Belə ki, paralimpiyaçılar arasında idmanın müxtəlif növləri üzrə  yarışlar  keçirilib, həmçinin  yeni boccia idman bölməsi açılıb. 

Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının  birgə təşkilatçılığı ilə sentyabrın 9-da Naxçıvan Muxtar Respublika Stadionunda paralimpiyaçılar arasında yüngül atletika (100-200 metr məsafəyə qaçış) üzrə  yarış keçirilib.

Yarışda məhdud fiziki imkanlı 20 idmançı iştirak edib. İlk üç yeri tutan idmançılara Paralimpiya Federasiyasının mükafatları, digər iştirakçılara isə həvəsləndirici hədiyyələri təqdim edilib.

Qeyd edək ki, idmanın müxtəlif növləri üzrə mütəmadi yarışların keçirilməsi istedadlı idmançılıarın aşkara çıxarılmasına, onların təcrübələrinin artmasına şərait yaradır, həmçinin   məhdud fiziki imkanlı gənclərin idmana olan maraqlarını artırır, onların  sağlam həyat tərzini formalaşdırır.