NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

17.08.2016 - Paralimpiya Federasiyasının idmançıları Ağbulaq istirahət Mərkəzində olublar

Naxçıvan Muxtar respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə avqustun 15-16-da Ağbulaq İstirahət mərkəzində fiziki imkanları məhdud 90 idmançının istirahəti təşkil edilib.

Onlara mərkəz haqqında geniş məlumat verilib. Proqrama uyğun idmançılar üçün müxtəlif idman oyunları təşkil edilib, Ağbulaq kənd ərazisindəki təbiət abidələri ilə tanış olublar, onlar üçün vətənpərvərlik mövzusunda film nümayiş etdirilib və vətənpərvərlik nmövzusunda mahnılar dinləyiblər.