Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Culfa rayon bölməsinin və müvafiq yerli qurumların birgə təşkilatçılığı ilə noyabr ayının 3-də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında stolüstü tennis üzrə yarış keçirilib. Yarışın yekun nəticələrinə əsasən, Muhəmməd Babayev I yerə, Şəfa Abdullayeva II yerə, Cəlal Mürsəlli III yerə layiq görülüb.
Qeyd edək ki, sözügedən idman növü üzrə son dövrlərdə Federasiyanın yeni bölmələri yaradılıb və stolüstü tennisə paralimpiyaçılar arasında maraq gündən - günə artmaqdadır.