Kəngərli rayon Gənclər və İdman İdarəsi, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının yerli bölməsinin birgə təşkilatçılığı ilə iyulun 26-da sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia üzrə rayon birinciliyi təşkil olunub.
Olimpiya sistemi üzrə keçirilən birinciliyin yekun nəticələrinə əsasən, Adəm Əsgərli 1-ci yerə layiq görülüb. Nərmin Dünyamalıyeva yarışı 2-ci, Nazlı Qəmbərli isə 3-cü sırada tamamlayıb.
Yarışın sonunda iştirakçılara həvəsləndirici diplomlar təqdim edilib.