Sağlamlıq imkanları məhdud yeniyetmələr arasında boccia üzrə növbəti yoldaşlıq görüşü iyul ayının 7-də Uşaq Bərpa Mərkəzində reallaşıb. Oyunda Naxçıvan və Babək rayonlarından yaşı 18-dək olan 9 paralimpiyaçı iştirak edib. Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkil etdiyi yoldaşlıq görüşü fiziki imkanları məhdud uşaq və yeniyetmələrin reabilitasiyası, onların idmana cəlbi və Federasiyanın müvafiq bölməsinin fəaliyyətinin gücləndirilməsi məqsədilə keçirilib.