İyunun 29-da Şahbuz rayon Təhsil Şöbəsi, Şahbuz rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının yerli bölməsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında şahmat birinciliyi təşkil olunub. Yekun nəticələrə əsasən, yarışın qalibi adına Abdullayev Hüseyn Tural oğlu layiq görülüb. Məmmədli Rizvan Murad oğlu II, Cəfərzadə Amin Yalçın oğlu isə III nəticə göstərib. Qeyd edək ki, yarışın sonunda iştirakçılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.