NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Culfa rayonunda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir

  Culfa rayon Şahmat məktəbində sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında “Şahmat beynin gimnastikasıdır” devizi altında şahmat üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın yekununda Nağıyev Turan Orxan oğlu I yerə, Kazımzadə Taner Əli oğlu II yerə, Həsənli İsmayıl Ümüd oğlu isə III yerə layiq görülmüşdür. Qalib və fərqlənən iştirakçılar təltif edilmişdir.