NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

09.06.2014 - Ağbulaq İstirahət Mərkəzində istirahət edən uşaqlar arasında otüstü tennis yarışı keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı Ağbulaq İstirahət Mərkəzində istirahət edən sağlamlıq imkanları məhdud məktəbli uşaqların istedadlarının aşkara çıxarılması, habelə əyləncə məqsədilə tərtib edilmiş proqrama uyğun olaraq  tədbirlər keçirilir.

Bu istiqamətdə növbəti  tədbir təşkil olunub. İyunun 6-da sağlamlıq imkanları məhdud uşaqlar arasında  otüstü tennis yarışı keçirilib. Yarışda 30 uşaq iştirak edib.

Yarışda ilk üç yeri tutan uşaqlara Fəxri fərmanlar təqdim edilib.