NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

15.04.2014 - Peyntbol üzrə yarış

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə Naxçıvan Atıcılıq Mərkəzində Vətənimizin suverenliyi və ərazi bütövlüyümüzün müdafiəsi zamanı əlil olmuş vətəndaşların iştirakı ilə idmanın peyntbol növü üzrə yarış keçirib.

Tədbirdə Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayandələri çıxış edərək qeyd ediblər ki, məhdud fiziki imkanlı şəxslər üçün sağlam həyat tərzinin təmin edilməsi, onların muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə məhdud fiziki imkanlı şəxslərin yeni idman növlərinə cəlbi daim diqqət mərkəzindədir.

Peyntbol üzrə yarışda hər biri 4 nəfərdən ibarət 5 komanda iştirak edib. Yarışın qalibi hakimlər heyəti tərəfindən müəyyən edilib. Qalib gələn komandaya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları və Paralimpiya Federasiyasının hədiyyələri verilib, digər yarış iştirakçılarına isə həvəsləndirici hədiyyələr təqdim olunub.