NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

03.12.2013 - "3 Dekabr Beynəlxalq Əlillər Günü"

3 Dekabr Beynəlxalq Əlillər Günü ərəfəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında Paralimpiya İdman Festivallarının keçirilməsini planlaşdirmışdır. 16-17 noyabr tarixlərində Ağsu şəhərində Pauerliftinq üzrə VII açıq Azərbaycan çempionatı keçirilmişdir. Muxtar respublikamızın paralimpiyaçılarının qatıldığı bu festivaldan idmançılarımız medallarla qayıtmışlar. Belə ki, ağırlıqqaldırma üzrə mübarizə aparan təmsilçilərimizdən 65 kiloqram çəkidə Telman Şirinov, 88 kiloqram çəkidə isə Eldar Əliyev üçüncü yerlərə layiq görülmüşlər.

3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvan şəhərindəki  İlham Əliyev adına Olimpiya – İdman Kompleksində paralimpiyaçılar arasında armrestlinq ( qol güləşi ) üzrə muxtar respublika birinciliyi keçirilib.               

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının təşkil etdikləri yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman  şöbəsinin müdiri Taleh İbrahimov və Paralimpoiya Federasiyasının sədr müavini Elçin Nəzərəliyev çıxış edərək yarışın əhəmiyyətindən danışıblar.

Birincilikdə iki çəkidə 20 idmançı iştirak edib. Yarışda 70+ çəki dərəcəsində Babək rayon paralimpiyaçısı Telman Şirinov birinciliyin qalibi olub. Culfa və Kəngərli rayonlarının idmançıları Firudin Həsənov ilə Əzabi Rüstəmov isə ikinci və üçüncü yerləri tutublar. 70- çəkidə isə Babək rayon idmançıları Rahim Fərhadov birinci , Tural Qasımov ikinci və Culfa rayon komandasının üzvü Sərvər Əliyev üçüncü yerə layiq görülüblər.

Sonda qalib idmançılara Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının hədiyyələri , digər idcmançılara həvəsləndirici mükafatlar verilib.